Xəzər Xəbər

Peyvənd olunmayan şəxs səyahət zamanı məhdudiyyətlə üzləşə bilər

Dünya | 11:54 • 25 Yanvar 2021
Peyvənd olunmayan şəxs səyahət zamanı məhdudiyyətlə üzləşə bilər
Koronavirus əleyhinə peyvənd olunmayan şəxs gələcəkdə səyahət zamanı məhdudiyyətlə üzləşə bilər. Ola bilər ki, hansısa ölkə və ya aviaşirkət bu məsələ ilə bağlı məhdudiyyət tətbiq etsin. 


 Xezerxeber.az-ın məlumatına görə, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü, həkim-infeksionist Vüsalə Yaşar deyib. 


Xəzər TV-nin "Səhər Mərkəzi" proqramının qonağı olan V.Yaşar bildirib ki, hazırda səyahət zamanı heç bir ölkə və ya aviaşirkət tərəfindən belə bir tələb qoyulmur, amma bu mövzuda söhbətlər gedir.  


Atif

Xəbər lenti