Xəzər Xəbər

Ərdoğan dəniz quldurlarının qaçırdıqları gəminin kapitanı ilə danışdı

Dünya | 10:10 • 24 Yanvar 2021
Ərdoğan dəniz quldurlarının qaçırdıqları gəminin kapitanı ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan "Motsart” gəmisinin 4-cü kapitanı Furkan Yaren ilə iki dəfə telefonla danışıb.

Bununla bağlı "Haber Global” məlumat yayıb.

Bildirilib ki, Furkan Yaren ölkə başçısına gəminin hücumdan sağ qurtulan digər iki ekipaj üzvü ilə birlikdə Qabona doğru hərəkətdə olduğu məlumatını verib.

Ərdoğan isə öz növbəsində prosesi yaxından izlədiyini və girov götürülən digər ekipaj üzvlərinin xilas edilməsi üçün gərəkli bütün təlimatları verdiyini bildirib.

Xəbər lenti