Xəzər Xəbər

Türkiyə Braziliyadan uçuşları dayandırır

Dünya | 09:17 • 23 Yanvar 2021
Türkiyə Braziliyadan uçuşları dayandırır

Türkiyə koronavirusun yeni ştammına görə Braziliyadan uçuşları dayandırır.


Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində bildirib.


Xatırladaq ki, Türkiyə daha əvvəl ötürülə bilən mutasiya edilmiş koronavirus növü səbəbindən Böyük Britaniya, Hollandiya, Danimarka və Cənubi Afrikadan uçuşları dayandırıb.


Ankara peyvənd kampaniyasına Çinin "Sinovac" vaksinindən istifadə edərək yanvarın 14-də başlayıb və indiyədək ölkədə 1,2 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.

Xəbər lenti