Xəzər Xəbər

Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi

Dünya | 08:55 • 19 Yanvar 2021
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi

Qarabağ müharibəsi zamanı Azərbaycanın pilotsuz uçuş aparatları (PUA) müasir müharibələrin strategiyasını dəyişdi.


Bunu israilli hərbi ekspert Set Frantsman deyib.


Onun sözlərinə görə, Azərbaycan müdafiə büdcəsinin mühüm hissəsini İsrail və Türkiyə istehsalı olan PUA-ların alınmasına yönəldib:


"Azərbaycan çoxlu sayda İsrail istehsalı olan və "kamikadze dronlar" kimi tanınan PUA işə salmışdı. Əgər düşmənin mürəkkəb hava hücumundan müdafiə sistemləri yoxdursa, bu dron dəstəsi hədəfləri asanlıqla sıradan çıxara bilir. Dronların ilk təbəqəsi hava hücumundan müdafiə sistemini, ikinci təbəqəsi tankları, üçüncü təbəqəsi isə artilleriyanı məhv edir. Bundan sonra yalnız düşmən əsgərlərini zərərsiləşdirmək qalır".


Ekspert əlavə edib ki, Azərbaycan həm də çoxlu sayda Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-sından istifadə edib. (Trend)

Xəbər lenti