Xəzər Xəbər

Gürcüstanda koronavirusdan ölənlərin sayı 2933 nəfərə çatıb

Dünya | 11:55 • 17 Yanvar 2021
Gürcüstanda koronavirusdan ölənlərin sayı 2933 nəfərə çatıb

Gürcüstanda son 24 saat ərzində daha 780 nəfər koronavirusa yoluxub, 1608 nəfər sağalıb, 17 pasiyent isə pandemiyanın qurbanı olub.


Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi "stopgov.ge” saytı məlumat yayıb.


Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 247 min 805-ə çatıb. Onların 232 min 993-ü sağalıb, 2933-ü isə ölüb.

Xəbər lenti