Xəzər Xəbər

Əsgər Mamin yenidən Qazaxıstanın Baş naziri seçildi

Dünya | 17:43 • 15 Yanvar 2021
Əsgər Mamin yenidən Qazaxıstanın Baş naziri seçildi

Əsgər Mamin yenidən Qazaxıstanın Baş naziri seçilib.


"Kazinform"un verdiyi xəbərə görə, Qazaxıstan parlamenti Əsgər Mamini ölkənin Baş naziri postuna təsdiqləyib. 


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ə. Maminin Baş nazir təyin edilməsi ilə bağlı fərman imzalayıb.


ƏTRAFLI

Project GLO

Qeyd edək ki, Əsgər Mamin müxtəlif illərdə Astananın meri, nəqliyyat və kommunikasiya nazirinin müavini, sənaye və ticarət nazirinin müavini və nəqliyyat və kommunikasiya naziri kimi müxtəlif postlarda çalışıb. 2016-cı ilin sentyabrında Qazaxıstan Baş nazirinin müavini postuna təyin olunub. 2019-cu ilin fevralında isə o, Qazaxıstan Prezidentinin qərarı ilə ölkənin baş naziri təyin olunub./APA

Xəbər lenti