Xəzər Xəbər

Dövlət rəsmisi vaksindən sonra COVID-19-a yoluxub

Dünya | 14:32 • 5 Dekabr 2020
Dövlət rəsmisi vaksindən sonra COVID-19-a yoluxub

Hindistanın Həryan əyalətinin Daxili İşlər və Səhiyyə Nazirliyinin başçısı Anil Vic koronavirusa qarşı peyvənd olunduqdan sonra COVID-19-a yoluxub.


Bu barədə o tvitter səhifəsində yazıb.


"Koronavirusla bağlı testimin nəticəsi müsbət çıxdığından məni Ambala-Kanttdakı mülki xəstəxanaya yerləşdiriblər. Mənimlə təmasda olanların hamısının testdən keçməsi lazımdır”, - o bildirib.


Məlumata görə, A.Vic Hindistanın "Bharat Biotech” şirkətinin istehsal etdiyi "Covaxin” vaksini ilə peyvənd olunub.


Şirkətdən bildirilib ki, vaksin 28 gün fasilə ilə iki dəfə tətbiq edildikdən sonra təsir göstərməyə başlayır. Preparatın ikinci dozası tətbiq olunduqdan iki həftə sonra səmərəsini göstərir.report


Nərmin Məcidli



Xəbər lenti