Xəzər Xəbər

Rusiyada yenidən koronavirusa yoluxanların sayı rekord həddə çatdı

Dünya | 12:10 • 5 Dekabr 2020
Rusiyada yenidən koronavirusa yoluxanların sayı rekord həddə çatdı

Rusiyada koronavirusa yoluxanların sayı 2,43 milyon nəfəri keçib.


 Ölkədə son sutka ərzində 28 782 nəfər virusa yoluxub, 508 nəfər isə həyatını itirib.


Bu günə qədər Rusiyada 2 431 731 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 42 684 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 1 916 396 nəfər virusdan sağalıb, 472 651 nəfərin müalicəsi isə davam edir.trend


Nərmin Məcidli

Xəbər lenti