Xəzər Xəbər

Yaponiya 6G sahəsində liderlik üçün böyük həcmdə yatırım edəcək

Dünya | 22:20 • 4 Dekabr 2020
Yaponiya 6G sahəsində liderlik üçün böyük həcmdə yatırım edəcək

Yaponiya hökuməti ölkədə rəqəmsal texnologiyaların inkişafına, habelə altıncı nəsil (6G) mobil rabitə sistemləri sahəsində liderlik əldə etmək məqsədilə 1 trln. yendən (təxminən 9,6 mlrd. ABŞ dolları) çox vəsait yatıracaq.


Bu barədə Yaponiyanın Baş naziri Yosihide Suqa deyib.


Onun sözlərinə görə, vəsaitlər əsasən onlayn təqdim olunan dövlət xidmətlərinin siyahısını genişləndirilməsinə, müxtəlif kartlar üzrə bal sisteminin inkişaf etdirilməsinə, həmçinin 5G və 6G mobil rabitə sistemlərini tanıtmaq və inkişaf etdirilməsinə yatırılacaq.


Qeyd edək ki, bu ildən etibarən Yaponiyada Rəqəmsal İslahatlar Nazirliyi təsis edilib. Qurumun əsas vəzifəsi müəyyən inzibati prosedurların rəqəmsallaşdırılması olacaq.

Xəbər lenti