Xəzər Xəbər

Gürcüstanda gündəlik yoluxma 5 mini keçib

Dünya | 11:34 • 4 Dekabr 2020
Gürcüstanda gündəlik yoluxma 5 mini keçib

Gürcüstanda COVID-19-a yoluxma ilə bağlı yeni antirekord qeydə alınıb. Ölkədə koronavirusun qeydə alındığı gündən ilk dəfə gündəlik yoluxma halı 5 mini keçib.


Son sutka ərzində Gürcüstanda daha 5 068 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 152 min 704-ə çatıb.


Ötən sutka ərzində 2 336 nəfər sağalıb, 38 nəfər pandemiyanın qurbanı olub.


Bu günədək pandemiyadan 126 min 904 nəfər sağalıb, 1 425-i isə həyatını itirib.


Hazırda karantin zonalarında 1 974, stasionar nəzarətdə 6 561 nəfər var. 3 867 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.azertac



Nərmin Məcidli

Xəbər lenti