Xəzər Xəbər

İranda yoluxanların sayı 1 milyona çatır

Dünya | 14:53 • 2 Dekabr 2020
İranda yoluxanların sayı 1 milyona çatır

İranda ötən sutka ərzində 13621 nəfər koronavirusa (COVID-19) yoluxub.


Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.


S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 989572 nəfərə çatıb. Virus daşıyıcılarından 5828 nəfərin vəziyyəti ağırdır.


Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 362 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 48990 nəfərə yüksəlib.


Sadat Lari qeyd edib ki, İranda indiyədək 688054 nəfər koronavirusdan sağalıb.


İranda indiyədək 6,21 milyondan çox diaqnoz testi həyata keçirilib.


Nazirlik rəsmisi hazırda İranda 64 rayonun qırmızı, 278 rayonun narıncı, 106 rayonun isə sarı zona olduğunu bildirib./trend


Ramil

Xəbər lenti