Xəzər Xəbər

Latviyada fövqəladə vəziyyət uzadıldı

Dünya | 08:45 • 2 Dekabr 2020
Latviyada fövqəladə vəziyyət uzadıldı

Latviyada yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq olunan fövqəladə vəziyyət yanvarın 11-dək uzadılıb.


Müvafiq qərar hökumət və Böhran İdarəetmə Şurasının birgə iclasında qəbul edilib.


İclasdan sonra jurnalistlərə müsahibə verən Baş nazir Krişyanis Kariniş bildirib ki, Latviyada koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir və bu səbəbdən hökumət insanlar arasında təmasları azaltmaq və infeksiya zəncirlərini qırmaq üçün fövqəladə vəziyyəti uzatmağa və məhdudiyyətləri sərtləşdirməyə məcburdur.


Latviya hökuməti həmçinin, mövcud məhdudiyyətlərin sərtləşdirilməsi lə bağlı qərar qəbul edib.


Belə ki, bundan sonra evlər istisna olmaqla bütün bağlı məkanlarda tibbi maskaların taxılması məcburidir. (Report)


Sevinc

Xəbər lenti