Xəzər Xəbər

89 gündən sonra yenidən bir nəfər koronavirusa yoluxub

Dünya | 12:34 • 1 Dekabr 2020
89 gündən sonra yenidən bir nəfər koronavirusa yoluxub

Vyetnamda 89 gündən sonra ilk dəfə bir nəfərdə koronavirus aşkarlanıb.  


Xezerxeber.az məlumat verir ki, bu barədə Vyetnam Səhiyyə Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, iki həftə əvvəl Yaponiyadan qayıdan stüardessada "COVID-19” müəyyən edilib. Səhiyyə naziri Nguyen Thanh Long açıqlamasında şəhərlərə və dövlət qurumlarına nəzarətin sərtləşdirilməsi üçün əmr verildiyini bildirib.


32 yaşlı kişinin xarici dil kurslarına getdiyi, kafe, karaoke barlarını ziyarət etdiyini və bu müəssisələrin, kursun ehtiyat məqsədilə bağlanıldığı qeyd olunub.


Bu məqamda bildirək ki, bu günə qədər Vyetnamda 1347 nəfər koronavirusa yoluxub, 35 nəfər isə dünyasını dəyişib.


Nərmin Məcidli 

Xəbər lenti