Xəzər Xəbər

Səudiyyə Ərəbistan İsrail üçün hava yollarını açıb

Dünya | 09:55 • 1 Dekabr 2020
Səudiyyə Ərəbistan İsrail üçün hava yollarını açıb

Səudiyyə Ərəbistanı İsrail hava yollarına məxsus təyyarələrin hava sahəsindən istifadə etməsinə icazə verib.


 Rəsmi icazədən sonra İsraildən Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən uçuşların sürəti qısalıb, Təl- Əviv ilə Dubay arasında planlanan relsin qarşısında maneə qalmayıb.


"Səudiyyəlilər uzun və gərgin vaxtların ardından planlaşdırılan ilk uçuşu təsdiqlədilər. Bundan məmnunam. Bütün sərnişinlərə etibarlı bir səyahət və dönüş diləyirəm ”,- deyə İsrail nəqliyyat naziri Miri Regev qeyd edib.


Qeyd edək ki, sentyabr ayında Səudiyyə Ərəbistanı BƏƏ-dən gələn və yola düşən təyyarələr üçün hava məkanı üzərindən bütün xarici mülki uçuşların həyata keçirilməsinə icazə verəcəyini açıqlamışdı.


Açıqlamada İsrailin konkret qeyd edilməməsi aviasiya rəsmilərinin narahatlığına səbəb olmuşdu.qafqazinfo


Nərmin Məcidli


Xəbər lenti