Xəzər Xəbər

Bu avropa ölkəsi COVID-19-la bağlı məhdudiyyətləri yumşaldır

Dünya | 10:07 • 30 Noyabr 2020
Bu avropa ölkəsi COVID-19-la bağlı məhdudiyyətləri yumşaldır

Çexiyada koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər yumşaldılır.


Bu barədə Çexiyanın Səhiyyə naziri Yan Blatnı məlumat verib.


Belə ki, dekabrın 3-dən ölkədə oktyabrın əvvəlində bağlanmış bütün restoranlar, mağazalar, kafe və məişət xidmətləri fəaliyyətini bərpa edir. Sözügedən məkanlarda isə xüsusi müəyyən edilmiş sosial məsafə qaydaları tətbiq ediləcək.


Çexiya hökuməti qərarı ölkədəki epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar qəbul edib./konkret.az


Ramil

Xəbər lenti