Xəzər Xəbər

Fransanın avtomobil nəhəngi Avropada zavodunu bağlayır

Dünya | 17:17 • 26 Noyabr 2020
Fransanın avtomobil nəhəngi Avropada zavodunu bağlayır

Fransanın avtomobil nəhəngi "Renault” ölkə səlahiyyətlilərinin müqavimətinə baxmayaraq, Avropadakı fabriklərindən birində avtomobil istehsalını dayandırmağa qərar verib.


"Bloomberg” bu barədə şirkət rəhbərliyinin açıqlamasına istinadən xəbər yayıb.


Həmin müəssisədə təxminən 70 il ərzində 20 fərqli avtomobil modeli yığılıb. Hazırda orada "Zoe” və "Nissan Micra” elektrikli avtomobillər istehsal edilir./oxu.az

Xəbər lenti