Xəzər Xəbər

Kubanın hava nəqliyyatı sərnişinlərdən “sanitar vergisi” tutacaq

Dünya | 17:03 • 26 Noyabr 2020
Kubanın hava nəqliyyatı sərnişinlərdən “sanitar vergisi” tutacaq

"Azadlıq adası”nın hökuməti dekabrın 1-dən hava nəqliyyatı sərnişinlərindən 30 ABŞ dolları məbləğində "sanitar vergi”sinin tutulması ilə bağlı qərar qəbul edib.


Federal Vergi Xidmətinin məlumatına görə, ölkəyə təyyarə ilə gələn hər bir sərnişin bu qərar çərçivəsində 5 gün ərzində karantində saxlanılacaq.


Hökumətdən verilən açıqlamada bildirilib ki, vergiyə koronavirus testinin keçirilməsi, eləcə də sərhəddə əməl edilən tibbi protokol xərcləri daxildir.


"Sanitar vergisi” təyyarə biletinin qiymətinə əlavə ediləcək. Dekabrın 1-dək Kuba hava limanlarında sərnişinlər koronavirus testindən pulsuz keçiriləcək.


(Azərtac)


Xəbər lenti