Xəzər Xəbər

Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq

Dünya | 11:38 • 25 Noyabr 2020
Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir -

Kəlbəcər rayonunun qayıtması təkcə Azərbaycanın qələbəsi deyil, həm də vacib və əlamətdar hadisədir. Bu, həm də tarixi ədalətin zəfəridir.


Bunu Trend-ə rusiyalı politoloq Tatyana Poloskova deyib.


O vurğulayıb ki, bu rayonda heç vaxt erməni əhali olmayıb:


"Sonuncu sovet siyahıyaalmasına görə, rayon əhalisinin 99 faizi azərbaycanlılar idi”.


Politoloq bildirib ki, ermənilər bu ərazini tərk edərkən, evləri, məktəbləri, digər binaları yandırır, ağacları kəsirdi:


"Bu, vandallıqdır və gəlmə insanların davranışıdır”.


Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Xəbər lenti