Xəzər Xəbər

Çində koronavirusa görə 600-dən çox reys təxirə salındı

Dünya | 16:28 • 24 Noyabr 2020
Çində koronavirusa görə 600-dən çox reys təxirə salındı

Çinin Şanxay və Tyantszin şəhərlərində koronavirusa yoluxma hallarının artması ilə əlaqədar 600-dən çox aviareys təxirə salınıb.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, Şanxay hava limanında 436 reys təxirə salınıb.


Bundan başqa, 165 reys Tyantszin hava limanında ləğv edilib.


Qeyd olunur ki, bu şəhərlərdə son günlərdə koronavirusa yoluxma hallarında artım müşahidə olunub.

Xəbər lenti