Xəzər Xəbər

UNİCEF: Yəməndə 12 mindən çox uşağın yardıma ehtiyacı var

Dünya | 16:00 • 24 Noyabr 2020
UNİCEF:

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu-nun (UNİCEF) rəhbəri Henrietta Fore Yəməndəki aclığa görə 12 milyondan çox uşağın yardıma ehtiyacı olduğunu açıqlayıb. 


UNİCEF-in rəsmi saytında yayımlanan açıqlamada Fore bildirib ki, Yəmən son illərdə baş vermiş ən çətin aclıqla qarşı-qarşıyadır:


"Təhlükə çox uzun müddətdir ki, mövcuddur. 12 milyondan çox uşaq yardıma ehtiyac duyur. Qida azlığı ölkənin bəzi bölgələrində ən yüksək səviyəyə çatıb. Yaşı 5-dən aşağı olan 325 mindən çox uşaq qida azlığı səbəbindən həyatını itirir. 5 mindən çox uşaq isə kəskin vəba təhlükəsi ilə üz-üzədir.


Yəməndə uzun zamandır davam edən kasıblıq, ölkənin inkişafdan kənar qalması, həmçinin ölkədə 5 ildir ki, davam edən münaqişə də uşaqlara, ailələrə pis təsir göstərir və bu onları xəstəliyə aparır. Koronavirus pandemiyası isə bu dərin krizi fəlakətə çevirdi".Redaktor.az

Xəbər lenti