Xəzər Xəbər

İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlər yoluna qoyulur

Dünya | 18:57 • 23 Noyabr 2020
İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlər yoluna qoyulur

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, baş nazirin müavini Məhəmməd bin Salman ilə İsrail baş naziri Binyamin Netanyahu iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını müzakirə ediblər.


WSJ xəbər verir ki, iki nəfər yüksək vəzifəli müşavirin verdiyi məlumata görə, həmçinin İranla münasibətlər də müzakirə mövzusu olub.


Cəmi iki saatadək davam edən görüş zamanı hər hansı mühüm razılaşma əldə edilmədiyi bildirilir.


Bundan əvvəl Qırmızı dəniz sahilində salınmış yeni Neom şəhərində B.Netanyahu, M.Salman, habelə ABŞ dövlət katibi Mayk Pompeo və İsrailin "Mossad” kəşfiyyat qurumunun rəhbəri Yosef Meir Kohen arasında gizli görüş keçirildiyi bildirilmişdi.


Lakin Səudiyyə Ərəbəstanı xarici işlər naziri şahzadə Feysal bin Fərhan isə B.Netanyahu ilə M.Salman arasında görüşün keçirildiyini təkzib edib. "Al Arabiya” xəbər verir ki, nazir bildirib: "Mən Neom hava limanında dövlət katibi Mayk Pompeonu qarşılayıb yola salmış, vəliəhd şahzadə ilə görüşündə iştirak etmişəm. Orada israillilər olmayıb”./report


Xəbər lenti