Xəzər Xəbər

İranda ən sərt karantin rejimi tətbiq edildi

Dünya | 14:39 • 23 Noyabr 2020
İranda ən sərt karantin rejimi tətbiq edildi

İran hökuməti yeni tip koronavirusun yayılmasının qarşısını almaq üçün bu günədək ən sərt karantin rejimini tətbiq edib. 


Prezident Həsən Ruhaninin sədrlik etdiyi Koronavirusla Beynəlxalq Mübarizə Komitəsi qırmızı (160 bölgə), narıncı (208 ərazi) və sarı (80 vilayət) ərazi hesab etdiyi yerlərdə 15 gün karantin tətbiq olunacağını açıqlayıb.

 

Karantin dövründə çörək və ərzaq mağazaları, xəstəxana və apteklər istisna olmaqla bütün məkanlar 15 gün fəaliyyət göstərməyəcək.


Şəhərlərarası məsafə qadağasını pozaraq qırmızı bölgələrə gedənlər 1 milyon (təxminən 66 manat), narıncı ərazilərə üz tutanlar 150 tümən (32 AZN) cərimə ödəyəcəklər. Gecə saat 21:00-dan sonra küçəyə çıxmaq qadağandır. 


Bununla da, İran bu günədək "COVID-19” virusuna qarşı ən sərt karantin rejimini tətbiq edib. 


İranda təkcə ötən gün 479 nəfər həyatını itirib, son sutkada 13 min 260 nəfər virusa yoluxub./qafqazinfo

Xəbər lenti