Xəzər Xəbər

Gürcüstanda epidemioloji vəziyyət ağırlaşdı - yeni məhdudiyyətlər tələb olunur

Dünya | 13:48 • 23 Noyabr 2020
Gürcüstanda epidemioloji vəziyyət ağırlaşdı -

Gürcüstanda epidemioloji vəziyyət kritik həddə qədər ağırlaşıb.


Yerli infeksionistlər ölkədə yeni məhdudiyyətlərin tətbiqini tələb edirlər.


Onların sözlərinə görə, klinikalarda pasiyentlər üçün boş yer artıq qalmayıb, həkim çatışmazlığı var.


Tibb mütəxəssisləri xəbərdarlıq ediblər ki, belə davam edəcəyi halda səhiyyə sistemi vəziyyətə tab gətirməyəcək.


Qrip mövsümü nəzərə alınmaqla koronavirusa yoluxma hallarının daha da artacağını qeyd edən infeksionistlər bu səbəbdən məhdudiyyətlərin gücləndirilməsini zəruri hesab edirlər./report

Xəbər lenti