Xəzər Xəbər

Keçmiş XİN başçısı ailəsini Ermənistandan çıxarır

Dünya | 13:04 • 23 Noyabr 2020
Keçmiş XİN başçısı ailəsini Ermənistandan çıxarır

Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır.


"Novosti Armeniya” xəbər verir ki, bu barədə "Mediaport Teleqram” kanalı məlumat yayıb.


Z.Mnatsakanyan BMT-nin baş katibi Antonio Qutterişə noyabrın 20-də işlə bağlı müraciət edib.


Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan aparmaq qərarına gəlib.


Qeyd edək ki, Z.Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsini tutub./report

Xəbər lenti