Xəzər Xəbər

ABŞ dövlət katibi vəzifəsinə əsas namizəd

Dünya | 11:56 • 23 Noyabr 2020
ABŞ dövlət katibi vəzifəsinə əsas namizəd

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Entoni Blinkeni dövlət katibi təyin etməyə hazırdır.


Bu barədə Amerika KİV-ləri Co Baydenin komandasındakı mənbələrə istinadla bildirirlər.


Ağ ev administrasiyasının rəhbəri vəzifəsində fəaliyyətə başlamış Ron Kleyn bazar günü bildirib ki, Bayden öz kabinet üzvlərinin adını çərşənbə axşamı açıqlamaq niyyətindədir. ABŞ-ın xarici siyasət qurumunun başçısı vəzifəsinə iddiaçılar sırasında Blinkenin öndə olacağı gözlənilir.


Blinken ABŞ Dövlət Departamenti başçısı postuna əsas namizədlərdən biri hesab edilir. Milli təhlükəsizlik üzrə vitse-prezidentin müşaviri vəzifəsində xidmətdən sonra Prezident Barak Obama dövründə o, dövlət katibinin müavini vəzifəsinədək yüksəldilib. (AZƏRTAC)

Xəbər lenti