Xəzər Xəbər

ÜST-dən koronavirusun üçüncü dalğası barədə XƏBƏRDARLIQ

Dünya | 09:32 • 23 Noyabr 2020
ÜST-dən koronavirusun üçüncü dalğası barədə

Hazırda Avropa ölkələri lazımi infrastrukturu qurmasalar, gələn ilin əvvəlində onları koronavirusun üçüncü dalğası gözləyir.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Devid Nabarronun xəbərdarlıq edib.


Bildirib ki, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. "Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar", - deyə D.Nabarro qeyd edib.


ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.

Xəbər lenti