Xəzər Xəbər

ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədi

Dünya | 09:23 • 19 Noyabr 2020
ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədi

Vaşinqton İranın doqquz şirkətinə və 47 təşkilatına qarşı növbəti sanksiya paketini təsdiqləyib.


Bu barədə "RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.


Sanksiya siyahısına həmçinin İranın kəşfiyyat naziri Mahmud Ələvi və "Mostazafan” xeyriyyə fondu da daxil edilib.


Vaşinqtonun məlumatına görə, Mahmud Ələvi insan hüquqları pozuntusu və 2019-cu ildə İrandakı etiraz aksiyası iştirakçılarına zorakılıq tətbiq etməkdə günahkar bilinir.


Xəbər lenti