Xəzər Xəbər

Dünyada koronavirusa yoluxanların sayı sürətlə artır

Dünya | 09:12 • 19 Noyabr 2020
Dünyada koronavirusa yoluxanların sayı sürətlə artır

Dünyada yeni COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların 56 milyonu keçib.


Bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.


Qeyd edilir ki, pandemiya ərzində dünyada COVID-19 56 051 621 insanda aşkar edilib. Müalicə alan 1 345 639 insan ölüb. Bununla yanaşı, təhlükəli infeksiyaya qalib gələnlərin sayı 39,5 milyonu ötüb.


Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 11 835 549 insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ-da koronavirus infeksiyasından 255 810 insan ölüb./report


Xəbər lenti