Xəzər Xəbər

Türkiyədə karantin rejimi sərtləşdirildi

Dünya | 10:06 • 18 Noyabr 2020
Türkiyədə karantin rejimi sərtləşdirildi

Türkiyədə koronavirusa yoluxma hallarının artması karantin rejiminin sərtləşməsinə səbəb olub.


XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bu barədə məlumat verib. 


Ərdoğan deyib ki, yoluxma hallarının belə davam etməsi hamı üçün ağır nəticələrə gətirib çıxara bilər. 


O həmçinin qeyd edib: 


"Həftə sonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcək”.

Xəbər lenti