Xəzər Xəbər

Ermənistanın müdafiə naziri istefa verəcək

Dünya | 13:47 • 17 Noyabr 2020
Ermənistanın müdafiə naziri istefa verəcək

Dağlıq Qarabağda ağır məğlubiyyətdən sonra Ermənistanda siyasi çalxalanma davam edir.


Ölkədə müdafiə naziri David Tonoyanın vəzifədən azad ediləcəyi gözlənilir.


D.Tonoyanın işindən narazılıq hakim "Mənim addımım" partiyası daxilində də müşahidə olunur. Belə ki, partiyanın üzvü Andranik Koçaryan brifinq zamanı nazirin nəyə görə istefa vermədiyini başa düşmədiyini açıqlayıb.


Xatırladaq ki, ötən gün xarici işlər naziri Zohrab Mnatsakanyan istefa vermişdi./Trend

Xəbər lenti