Xəzər Xəbər

İran parlamentindən Fransa açıqlaması

Dünya | 18:55 • 26 Oktyabr 2020
İran parlamentindən Fransa açıqlaması

Fransa hökumət rəsmilərinin söz azadlığı bəhanəsi ilə İslam dininə qarşı etdiyi hərəkətləri, əslində, söz azadlığına böyük zülmdür.


Bu, İran Parlamentinin 240 deputatının qəbul etdiyi bəyanatda öz əksini tapıb.


Bəyanatda bildirilir ki, heç bir ağıllı insan ifadə azadlığına arxalanaraq 1 milyarddan çox müsəlmanın müqəddəs dəyərlərinə hörmətsizlik etməz.


Sənəddə vurğulanır ki, Fransa prezidenti Emmanuel Makronun ifadə azadlığına heç də ürəyi yanmır. Fransa hökuməti İslam dininin yayılmasından qorxuya düşüb. Buna görə də Makron Fransanı özünün qara müstəmləkəçilik dövrünə qaytarmağa və belə cinayətləri reallaşdırmağa məcbur olub:


"Fransa hökumətinin bu günlər müsəlmanlara təzyiqi də bu istiqamətdədir. Lakin Fransa prezidenti Emmanuel Makron və onun ətrafındakılar bu siyasətlərin nəticələrini müşahidə edəcəklər.


İran xalqı dünya müsəlmanları ilə birlikdə Fransa hökuməti başçılarının İslam dininə qarşı belə rəzil açıqlamalarını pisləyir və İslam peyğəmbərinə hörmətsizliyin adi hala çevrilməsinə icazə verməyəcək"./trend

Xəbər lenti