Xəzər Xəbər

Əfqanıstanda terror aktı törədilib - 30 ölü, 60 yaralı var

Dünya | 10:23 • 25 Oktyabr 2020
Əfqanıstanda terror aktı törədilib -

Əfqanıstanın paytaxtı Kabildəki təhsil mərkəzində terror aktı törədilib.


Xezerxeber.az Əfqanıstanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, mərkəzin binasının partladılması nəticəsində 30 nəfər ölüb, 60-ı yaralanıb.


Terror aktına görə məsuliyyəti İŞİD radikal dini qruplaşması öz üzərinə götürüb.


Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Xəbər lenti