Xəzər Xəbər

Mnatsakanyan CNN-ə müsahibəsi zamanı çətin anlar yaşadı

Dünya | 16:30 • 24 Oktyabr 2020
Mnatsakanyan CNN-ə müsahibəsi zamanı çətin anlar yaşadı

Paşinyanın BBC-yə müsahibəsi zamanı düşdüyü acınacaqlı vəziyyəti Zöhrab Mnatsakanyan CNN-ə müsahibəsində təkrarladı. Düşmənin artıq nə bizə, nə də dünyaya təqdim edəcək məntiqli bir arqumenti var. Buna görə də hər dəfə jurnalistlərin sualları qarşısında çıxılmaz vəziyyətdə qalırlar.


XəzərXəbər xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın CNN kanalına müsahibəsi haqda danışarkən deyib.


Tofiq Abbasovun sözlərinə görə, Ermənistanın regionda apardığı dağıdıcı siyasət artıq onları adi tənqid qarşısında belə aciz vəziyyətə salır:


"Çünki bu gün beynəlxalq hüquq Azərbaycandan yanadır. Azərbaycan bu gün heç bir ölkəyə müharibə elan etməyib. Azərbaycan əks-hücuma keçib. Çünki müharibəni 1991-ci ildə Ermənistan Azərbaycana qarşı elan edib. Azərbaycanın hazırlıqsız bir vəziyyətdə olmasından istifadə edərkən düşmən ərazilərimizi zəbt edib, insanlarımızı etnik təmizləməyə məruz qoyub.


Bu gün də düşmən öz mənfur niyyətindən əl çəkmir. Belə ki, Ermənistan Azərbaycanın dinc yaşayış məskənlərinə hücumlar edir, dinc əhaliyə qarşı terror aktı həyata keçirir. Ona görə də bütün formatlarda istər Nikol Paşinyan, istərsə də Zöhrab Mnatsakanyan aciz vəziyyətdə qalır.


Bu gün bu iki şəxsin bütün arqumentləri artıq tükənib. Biz bunu bir daha CNN kanalına müsahibəsi zamanı Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı düşdüyü çətin vəziyyətdən görə bilərik. Kristian Amanpur nəinki CNN-də, eyni zamada dünyada tanınan bir jurnalistdir. O, hazırkı beynəlxalq vəziyyəti çox yaxşı bilir. Bundan əlavə, o, həm də münaqişənin tarixindən də xəbərdardır. Digər tərəfdən son dövrlərdə baş verən hərbi münaqişələrdə birbaşa iştirak edib. Bu mənada onun sualları çox məntiqli və aktual oldu. Kristian Amanpur bir daha göstərdi ki, münaqişənin real tarixini, siyasi prosesləri bilən istənilən jurnalist Ermənistan rəhbərliyini çətin vəziyyətə sala bilər”.


Qeyd edək ki, aparıcının Ermənistan-Azərbaycan münaqişəsinin həqiqətlərini səsləndirməsinə, o cümlədən Gəncənin atəşə tutulması, Ermənistanın işğalçılıq siyasəti barədə sərt suallarına Mnasakyan cavab verə bilməyib.

Xəbər lenti

Çox oxunanlar