Xəzər Xəbər

NATO zabiti: Erməni əsgərləri Qarabağda hədər yerə ölür

Dünya | 15:49 • 24 Oktyabr 2020
NATO zabiti:

Ermənistan müharibəni bərabər olmayan qüvvə ilə aparır. Azərbaycanın hərbi gücü daha çoxdur. Azərbaycan Ordusu təkcə dronlarla və müasir silahlarla yox, həm də kəşfiyyat məlumatları ilə erməni tərəfindən daha güclüdür.


Bunu "Haqqin.az”a açıqlamasında ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kapitanı, NATO-nun Antiterror Mərkəzinin Türkiyədəki eks-komandanı Harri Tabax deyib.


O, ermənilərin azərbaycanlılara bütün parametrlər üzrə uduzduğunu bildirib:


"Dağlıq Qarabağı dünyada heç kim tanımır. Ermənilər tarixin yanlış tərəfində yer aldılar. Mən Ermənistanın rəhbəri Nikol Paşinyanı öz ordusunun məhvini dayandırmağa çağırıram. Komandir olaraq mən öz əsgərlərimi ölümə göndərməzdim. Bu, erməni komandirlər üçün doğru deyil. Əgər onlar həqiqi komandirdilərsə, əsgərlərinin həyatlarını qorumalıdırlar. Bu, satqınlıq, qorxaqlıq deyil”.

Xəbər lenti