Xəzər Xəbər

“Hizbullah” hərəkatının lideri barədə məlumata görə böyük məbləğdə mükafat təsis edildi

Dünya | 17:23 • 23 Oktyabr 2020
“Hizbullah” hərəkatının lideri barədə məlumata görə böyük məbləğdə mükafat təsis edildi

ABŞ Dövlət Departamenti Livanda fəaliyyət göstərən "Hizbullah” hərəkatının lideri Haşim Əli Təbatəbayinin saxlandığı yer barədə məlumata görə 5 milyon dollar mükafat təsis edib.


AZƏRTAC "Əl-Ərəbiyyə” televiziya kanalına istinadla xəbər verir ki, ABŞ H.Ə.Təbatəbayini Suriya və Yəməndə fəaliyyət göstərən silahlı qruplara rəhbərlik etməkdə ittiham edir. Bu qruplar ABŞ-ın regiondakı hərbi bazalarına hücum etməkdə ittiham olunur.


Hələ 2016-cı ildə ABŞ-ın regiondakı hərbçiləri Təbatəbayini tutmağa çalışsalar da, buna nail ola bilməyiblər və onun adı sanksiyalar siyahısına salınıb.

Xəbər lenti