Xəzər Xəbər

İran ABŞ-a nota verdi

Dünya | 13:20 • 22 Oktyabr 2020
İran ABŞ-a nota verdi

İran İslam Respublikası ABŞ rəsmiləri tərəfindən guya Tehranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi ilə əlaqədar açıqlamalarını rədd edir.


Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.


S.Xətibzadənin sözlərinə görə, bununla əlaqədar ABŞ-ın İrandakı mənafeyini qoruyan İsveçrənin Tehrandakı səfiri Mark Laytner İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub:


"Tehran üçün ABŞ-da namizədlərdən hansının prezident olmasının heç bir fərqi yoxdur. ABŞ rəsmilərinin İrana qarşı irəli sürülən açıqlamaları reallığı əks etdirmir”./trend

Xəbər lenti