Xəzər Xəbər

COVID-19-un iki müxtəlif növü barədə məlumat verildi

Dünya | 10:09 • 8 Oktyabr 2020
COVID-19-un iki müxtəlif növü barədə məlumat verildi

Koronavirus iki növ olur. Onlardan birincisi kəskin respirator xəstəliklərinə bənzəyir və  yoluxmuş şəxslərin 90 faizində yüngül şəkildə, heç bir ağırlaşma olmadan keçir. 40 faiz xəstədə isə, ümumiyyətlə, simptom olmur.


"RİA Novosti”nin məlumatına görə, bu barədə Moskva xəstəxanalarından birinin baş həkimi, həmçinin, tanınmış rusiyalı teleaparıcı Aleksandr Myasnikov bildirib.


O qeyd edib ki, ikinci növ SARS-CoV-2 viral pnevmoniyaya səbəb olur. Ancaq belə hallara daha az rast gəlinir.


"Burada proqnoz ağciyərlərin zədələnmə dərəcəsindən və bədənin müqavimətə qarşı funksional ehtiyatlarından asılıdır”, - deyə o əlavə edib.


"İnsan COVID-19-u yüngül formada keçirirsə, o zaman ambulator qaydada müalicə olunmalıdır. Ağır keçirirsə, xəstəxanaya yerləşdirilməlidir, çünki yaşlılar arasında viral pnevmoniyadan ölüm nisbəti 10 faizə çatır”, - deyə həkim sözlərini yekunlaşdırıb.

Xəbər lenti

Çox oxunanlar