Xəzər Xəbər

Sentyabr meteomüşahidələr tarixində ən isti ay hesab edilib

Dünya | 15:39 • 7 Oktyabr 2020
Sentyabr meteomüşahidələr tarixində ən isti ay hesab edilib

"Copernicus Climate Change Service” (CCCS) Avropa Peyk Müşahidələri Rəsədxanasının məlumatına görə, 2020-ci ilin sentyabrı meteomüşahidələr tarixində Avropada və bütün planetdə ən isti sentyabr hesab edilib.


Xezerxeber.az xəbər verir ki, alimlərin məlumatına əsasən, ötən ay orta temperatur bundan əvvəlki rekord göstərici hesab edilən 2019-cu ilin sentyabrı ilə müqayisədə 0,05 dərəcə isti olub.


Sibirin Arktik zonasında temperatur orta göstəriciləri keçib, Arktik buzun səviyyəsi isə peyk ölçmələri ərzində minimal göstəriciyə malik illərin siyahısında ikinci olub.

Xəbər lenti