Xəzər Xəbər

Britaniya parlamentinə erməni işğalı ilə bağlı qətnamə təqdim olundu

Dünya | 13:16 • 7 Oktyabr 2020
Britaniya parlamentinə erməni işğalı ilə bağlı qətnamə təqdim olundu

Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekman Böyük Britaniya hökumətini 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna görə Ermənistanı pisləməyə çağıran qətnamənin qəbul olunmasını təklif edib.


XəzərXəbər bu barədə Böyük Britaniya Parlamentinin saytına istinadən məlumat verir.


Qətnamədə Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan və hər gün daha da böyüyən, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi bölgə üzərində qanunsuz hərbi nəzarətindən qaynaqlanmış münaqişəni daha da kəskinləşdirən təcavüz aktı qeyd edilib:


"Nümayəndələr Palatası Böyük Britaniya hökumətini Ermənistanı 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvvələri, mülki şəxslərinin mövqelərinə intensiv hücumda iriçaplı silah, minaatan və artilleriya silahlarından istifadə etdiyinə görə pisləməyə və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır”.

Xəbər lenti