Xəzər Xəbər

Ermənistanda 995 nəfər koronavirusdan öldü

Dünya | 12:25 • 7 Oktyabr 2020
Ermənistanda 995 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 53 755 nəfərə çatıb.


Erməni KİV-lərinin məlumatına görə, son sutka ərzində 672 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.


Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.



Bugünədək Ermənistanda 995 nəfər koronavirusdan ölüb, 7 348 nəfərin müalicəsi isə davam edir.


Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb./trend

Xəbər lenti