Xəzər Xəbər

Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu

Dünya | 08:37 • 7 Oktyabr 2020
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu

Livanın paytaxtı Beyrutdan Ermənistanın paytaxtı Yerevana livanlı muzdluları daşıyan təyyarə yola düşüb.


Trend-in məlumatına görə, bu barədə "Info24"ə mənbələr bildirib. Onların sözlərinə görə, Ermənistan hakimiyyəti livanlı müzdluları Azərbaycanın işğal olunmuş ərazilərinə göndərmək niyyətindədir.


"Airbus A320-232" təyyarəsinin Livandan Ermənistana uçuşu bütün dünyada təyyarələrin hərəkətini izləyən "Flightradar24" portalının məlumatı ilə təsdiqlənir.


Mənbələr bildirir ki, bu, Ermənistanın Azərbaycana qarşı Yaxın Şərqdən olan muzdlu döyüşçülərdən və terrorçulardan geniş istifadə etdiyinin və bu şəkildə öz real insan itkilərini gizlətdiyinin göstəricisidir.


Xəbər lenti

Çox oxunanlar