Xəzər Xəbər

Qırğızıstanın Baş naziri istefa verdi: Əvəzedicisi bəllidir - FOTO

Dünya | 09:39 • 7 Oktyabr 2020
Qırğızıstanın Baş naziri istefa verdi: Əvəzedicisi bəllidir - FOTO

Qırğızıstanın Baş naziri Kubatbek Boronov istefa verib.

Bu barədə "Sputnik Qırğızıstan” məlumat yayıb.

Baş nazirin istefası barədə xəbəri parlamentin yeni spikeri Mıktıbek Abdıldaev elan edib.

İstefa vermiş Baş nazirin səlahiyyətləri müvəqqəti olaraq deputat Sadır Japarova həvalə olunub.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.

Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularını əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.


Xəbər lenti