Xəzər Xəbər

İqor Korotçenko: 2-3 həftə sonra Yerevanın döyüşməyə heç nəyi qalmayacaq

Dünya | 17:38 • 6 Oktyabr 2020
İqor Korotçenko: 2-3 həftə sonra Yerevanın döyüşməyə heç nəyi qalmayacaq

Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat və yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək, sonra Yerevanın döyüşməyə heç nəyi qalmayacaq.


Bunu Rusiyanın "Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.


O bildirib ki, hazırda münaqişə zonasında erməni qoşunları ilə Azərbaycan qoşunları arasında Azərbaycan ərazisində tammiqyaslı döyüş əməliyyatları gedir:


"Bu, müharibədir. Mənim proqnozlarıma əsasən, Ermənistan iki-üç həftə müddətində eyni gərginlikdə döyüşlərə davam edəcək, daha sonra, heç bir xarici dəstək olmasa, onların resursları bitəcək.


Başa düşmək lazımdır ki, bu, müharibədir. Burada həm uğurlar, həm də uğursuzluqlar ola bilər. Hər şey Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları ağıllı planlaşdırmasından asılıdır. Hələlik, seçilmiş taktika, yəni əsgərlərin həyatını qorumaqla və yüksək dəqiqlikli silahlardan istifadə etməklə irəliləmək mümkün olub. Buna cavab olaraq isə Ermənistan Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Bu, hərbi cinayətdir”. (Trend)

Xəbər lenti