Xəzər Xəbər

Türkiyə S-400 sistemini bu şəhərə göndərir

Dünya | 15:22 • 6 Oktyabr 2020
Türkiyə S-400 sistemini bu şəhərə göndərir

Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərini Samsundan Sinopa köçürür.


Ölkənin yerli mediası tədarükün görüntülərini dərc edib.


Sistemin hissələri arasında komanda idarəetmə vasitəsi və raketburaxan vasitələr olub.



Qeyd edək ki, Rusiyadan alınan 4 ədəd S-400 batareyasının 2020-ci ilin ilk yarısında aktivləşdiriləcəyi açıqlanmışdı. Lakin koronavirus pandemiyasına görə təxirə salınmışdı.


Xarici İşlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı açıqlamasında S-400-lərin aktivləşdirilməsi üçün işlərin görüldüyünü, lakin hələ ki aktivləşdirilmədiyini bildirmişdi. "S-400-ün aktiv vəziyyətə gətirilməsi istiqamətində görüləcək işləri əsgərlərimiz bilir. Bu sistemi təcili ehtiyacımız olduğu üçün almışıq”./Publika.az

Xəbər lenti