Xəzər Xəbər

Mərakeş Krallığı Dağlıq Qarabağla bağlı nota verdi

Dünya | 20:01 • 1 Oktyabr 2020
Mərakeş Krallığı Dağlıq Qarabağla bağlı nota verdi

Mərakeşin Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinə ünvanlandığı 28 sentyabr 2020-ci il tarixli notasında Dağlıq Qarabağ regionundakı hərbi insidentlərin Mərakeş Krallığı tərəfindən narahatlıqla izləndiyi və günahsız mülki vətəndaşların ölümündən təəssüf hissinin keçirildiyi bildirilir.


Notada Mərakeş tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll etməyə çağırır:


"Mərakeş Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınayır”./trend

Xəbər lenti