Xəzər Xəbər

Ərazilərini geri almaq Azərbaycanın qanuni haqqıdır Xamneyinin nümayəndələrindən birgə bəyanat

Dünya | 14:47 • 1 Oktyabr 2020
Ərazilərini geri almaq Azərbaycanın qanuni haqqıdır

Öz ərazilərini işğaldan azad etmək və geri almaq Azərbaycan dövlətinin tamamilə qanuni və dini haqqıdır.


Bu, İranın dini lideri Ayətullah Seyid Əli Xamneyinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəməd Əli Al Haşim, Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Mehdi Qoreyşi, Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili və Zəncan vilayəti üzrə nümayəndəsi Əli Xatəminin birgə bəyanatında öz əksini tapıb.


İranın dini liderinin nümayəndələri birgə bəyanatda qeyd ediblər ki, Azərbaycan öz ərazilərini BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası istiqamətində geri alır.


Onlar əlavə ediblər ki, İran Azərbaycanın son qələbələrini alqışlayır, şəhidlərə rəhmət diləyir və ümid edir ki, bu məsələ tezliklə haqqın bərqərar olunması ilə həll olunacaq./Trend

Xəbər lenti