Xəzər Xəbər

Səfirlik: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır

Dünya | 11:26 • 29 Sentyabr 2020
Səfirlik: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır

BMT Təhlükəsizlik Şurası üzvlərinin Dağlıq Qarabağda münaqişənin gərginləşməsinə həsr olunacaq görüşü məlumat xarakteri daşıyır.


Bunu Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən deyiblər.


Səfirlikdən bildiriblər ki, görüşün təşəbbüsçüsü Almaniyanın Xarici işlər naziri və Dövlət katibidir.


Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin müzakirələri sentyabrın 29-dan 30-a keçən gecə keçiriləcək.


Müzakirələr bağlı formatda baş tutacaq. Görüşün keçirilməsi üçün Fransa, Almaniya, Böyük Britaniya, Estoniya və Belçika müraciət edib.

Xəbər lenti