Xəzər Xəbər

Moskvada orta məktəblər koronavirusla əlaqədar ikihəftəlik tətilə çıxır

Dünya | 11:16 • 29 Sentyabr 2020
Moskvada orta məktəblər koronavirusla əlaqədar ikihəftəlik tətilə çıxır

Rusiya paytaxtında orta məktəblər koronavirusla əlaqədar ikihəftəlik tətilə göndərilir.


Bu barədə Moskva meri Sergey Sobyanin əmr imzalayıb.


Əmrə əsasən, oktyabrın 5-dən 18-nə kimi Moskvanın orta məktəbləri ikihəftəlik tətilə göndərilir.



Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur.


Sentyabrın 28-nə olan məlumata görə, sutka ərzində 8135 nəfər koronavirusa yoluxub. Moskva şəhərində gün ərzində COVID19-a yoluxanların sayı 1500 nəfərdən çox olub./apa

Xəbər lenti