Xəzər Xəbər

Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb

Dünya | 09:48 • 29 Sentyabr 2020
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb

Dünyada koronavirusdan ölənlərin sayı bir milyon nəfəri ötüb.


Xezerxeber.az pandemiyanın statistikasını aparan Worldometers saytına istinadla xəbər verir ki, sentyabrın 29-na olan məlumata görə, dünyada 33 milyon 542 min 743 nəfər virusa yoluxub, 24 milyon 871 min 837 nəfər bu xəstəlikdən sağalıb, 1 milyon 6 min 90 xəstə COVID-19 virusundan ölüb.


Ən çox ölüm halı (209 min 777) ABŞ-da qeydə alınıb. Orada yoluxanların sayı 7 milyon 361 min 477 nəfərdir. Ölənlərin sayına görə ikinci yerdə Braziliya gəlir (142 min 161 nəfər ölüb, 4 milyon 748 min 327 nəfər yoluxub). Üçüncü yerdə Hindistandır (96 min 351 nəfər ölüb, yoluxanların ümumi sayı 6 milyon 143 min 19 nəfərdir). Daha sonra Meksika (76 min 430 nəfər ölüb, 730 min 317 nəfər yoluxub) və Böyük Britaniya (42 min 1 nəfər ölüb, 439 min 13 nəfər yoluxub) gəlir.


Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Xəbər lenti