Xəzər Xəbər

“An-26”da sağ qalan kursantın atası da üç dəfə təyyarə qəzasından xilas olub

Dünya | 09:19 • 28 Sentyabr 2020
“An-26”da sağ qalan kursantın atası da üç dəfə təyyarə qəzasından xilas olub

Ukraynanın Xarkov bölgəsində "An-26” təyyarəsi qəzasından xilas olan yeganə şəxs - kursant Vyaçeslav Zoloçevskinin atası aviasiya sahəsində işləyir və özü üç qəzada sağ qalıb.


Bu barədə "Seqodnya” xəbər yayıb.


"Oğlumun sağ qalması onun atasının oğlu olduğu anlamına gəlir”, - deyə Vitali Zoloçevski bildirib.


"Hamı onun təyyarədən atıldığını söyləyir, ancaq bu, doğru deyil. O, çölə düşüb. Dostunu xilas etməyə çalışdığını da bilirəm”, - deyə o əlavə edib.


Vyaçeslav Zoloçevskinin özü bundan əvvəl təyyarənin dağıntıları yaxınlığında özünə gəldiyini və yaxınlıqda yanan kursantı söndürməyə çalışdığını söyləmişdi. Bir müddət sonra o, yenidən huşunu itirib.


Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.


Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).


Bir kursant xilas olub.

Xəbər lenti